Dənizdə boğulmanın SƏBƏBLƏRİ bunlardır – ekspert HƏR ŞEYİ açıqladı: “Qumun daşınması…”

“Dənizdə batma hallarının ilk səbəbi uşaqlara üzmənin öyrədilməməsidir. Halbuki dənizi olan ölkədə bütün uşaqlar ən azı üzmə haqda məlumata malik olmalıdırlar. Bu, məktəblərdə öyrədilməlidir”.

Bu fikirləri Musavat.com-a “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib.

O, dəniz qumunun müxtəlif məqsədlər üçün daşınması ilə əlaqədar dənizin dibində yaranan çökəklərin insanları çaşdırdığına dair fikirlərlə isə razı deyil:

Sivil Toplum” diplomatik korpus nümayəndələri ilə görüş keçirib » BAYRAQDAR  MEDİA

“Bəzi yerlərdə gəmilərin yan ala bilməsi üçün qumun daşınması normal haldır. Qum daşınan ərazilərdə çimərliklər yoxdur. Ötən illərdə dalğıcların insanları boğduğuna dair şayiələr yayılmışdı. Zəlzələ, çökmə, qabarma və çəkilmələr nəticəsində çatlar yaranması istisna deyil. Lakin boğulmanın əsas səbəbi təcrübəsizlik, qorxu, dənizdə üzmə üsullarını bilməmək, içkili vəziyyətdə dənizə girmək və s. səbəblərdir. Ölkəmizdə dərində üzməklə bağlı boğulma halları demək olar ki, olmur. Sadəcə insanlar bəzən cərəyana qapılırlar”.

Q.İbrahimli hesab edir ki, bu problemin kökündə dayanan əsas səbəblərdən biri insanların məlumatsız olmasıdır.

“Çimərliklərdə topları keçən vətəndaşlara xilasedicilər xəbərdarlıq edirlər. Qadağan olunan ərazilərdə batma halları isə sırf təcrübəsizliklə bağlıdır. Dünyanın bir çox ölkəsində dənizdə üzmüşəm. Məsələn, Barselonada dənizdə 3 rəngdə top var – yaşıl, sarı və qırmızı.

Qırmızı topu keçənlər batma təhlükəsi ilə üz-üzə qala bilərlər. Lakin qadağa yoxdur. Xilasedicilər çimərliyə nəzarət edirlər, ehtiyac olduğu təqdirdə dərhal müdaxilə edirlər. Ümumiyyətlə, dənizdə batmaq sağlamlıqda qəfil yarana biləcək hallarda mümkün ola bilər. Digər hallarda boğulma halları sırf məlumatsızlıqla əlaqəlidir. Məsələn, çimərliklərdə səsgücləndiricilər vasitəsilə vətəndaşlara müəyyən göstərişlər vermək olar. Dənizdən qorxmaq lazım deyil. Sadəcə, davranış qaydalarını bilmək lazımdır”, – deyə ekspert vurğulayıb.

Dörd dostun faciəli ölümü: Mərdəkanda batan gənclərin son görüntüləri -  VİDEO » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Qeyd edək ki, iyunun 22-də Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti mayın 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xidmət əməkdaşları tərəfindən sahilboyu ərazilərdə aparılmış monitorinqlər zamanı təhlükəli çimərlik əraziləri aşkar edilib. Xidmət tərəfindən həmin ərazilərin təhlükəli olduğunu bildirən lövhələr də yerləşdirilib. Qeyd edilib ki, bəzən Xidmət tərəfindən quraşdırılan bu lövhələr naməlum şəxslər tərəfindən yararsız hala salınır və sıradan çıxarılır.

FHN əhalinin nəzərinə çatdırır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Qurum əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır.