Hava 

Havanın hərarəti 42 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti havanın temperaturunun yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xidmətdən Oxu.Az-a verilən məlumata əsasən, iyunun 13 və 14-də havanın hərarəti yüksələcək.

Maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 40, Mərkəzi Aran rayonlarında isə 42 dərəcəyədək olacağı gözlənilir.

Tibbi-meteoroloji göstəriciyə görə, Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturunun bu həddə qədər yüksəlməsi meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

İyunun 11-i axşamdan 14-ü gündüzədək Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Daha çox xəbərlər