Hospitalın rəis müavini Bəhram Bağırzadənin son durumu haqda danışdı
“Bəhram Bağırzadənin durumu stabil, kritik, ağır olaraq qalır”.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev məlumat verib.
O deyib ki, müəyyən laborator və rentgenoloji göstəricilərdə cüzi yaxşılaşma qeyd edilir.

