Hadisə 

Cəlilabadda traktorla minik maşını toqquşdu: Sürücü öldü

Cəlilabadda yol-nəqliyyat hadisəsi qəzası ölümlə nəticələnib.

APA-nın verdiyi məlumata görə, qəza Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini Mehdi Xasay oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə traktor toqquşub.

Nəticədə, sürücü hadisə yerində ölüb.

Onun sərnişini, 1993-cü il təvəllüdlü Asim Ramiz oğlu Allahverdiyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Daha çox xəbərlər