Hindistanda ötən sutka 52 mindən çox yoluxma qeydə alınıb
Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 52 min 509 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 908 min 225 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 857 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 39 min 795-ə çatıb.
Ardıcıl 6 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 50 mindən çox olur.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.

