Mingəçevirdə yanğın: xəsarət alan var
Mingəçevir şəhərində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərə çərçivəsi qismən və zirzəmisində 1 m² sahədə məişət tullantıları yanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

