Gündəm 

Ramil Usubov generalın qardaşını rəis təyin etdi

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.

ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rahib Mirzəyev Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.

Xəbəri Nəsimi Rayon Polis İdarəsindən təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.

Daha çox xəbərlər