Dünya 

Çində ötən sutka ərzində 7 nəfərdə koronavirus aşkarlanıb

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, yeni yoluxma halları xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 15 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 85 153 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Daha çox xəbərlər