Məhərrəm Hüseynov “Qarabağ Azərbaycandır” videosunu təqdim etdi – VİDEO
Dünya şöhrətli azərbaycanlı vokal ustası Məhərrəm Hüseynov “Qarabağ Azərbaycandır” mahnısı üçün vətənpərvər ruhda video təqdim edib.
Kompozisiyanın sözləri və musiqisi Şahin Musaoğluna aiddir.
Videoda Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda işğalçılara qarşı əks-hücum əməliyyatı zamanı çəkilən görüntülərindən istifadə olunub.
Müğənni tezliklə Azərbaycanın torpaqlarını geri ala biləcəyinə inanır.
Məhərrəm Hüseynov bir çox müsabiqələrin laureatıdır.

