Vladimir Zelenski koronavirusa yoluxub

6362003 20.10.2020 Президент Украины Владимир Зеленский на заседании в Верховной Раде. Стрингер / РИА Новости

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusa yoluxub.

Bu barədə Ukrayna liderinin “Telegram” kanalında bildirilib.

“Mənim də testim müsbət nəticə verdi. Temperaturum 37.5 dərəcədir, hər kəsə isə 36.6 dərəcə arzulayıram! Özümü yaxşı hiss edirəm”, – deyə V.Zelenski bildirib.

Dövlət başçısı təcridə yollandığını və çalışmağa davam edəcəyini qeyd edib.