ABŞ-da meşə yanğınları 6 nəfərin ölümünə səbəb olub, 7 nəfər itkin düşüb

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 7 nəfər itkin düşüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi.

Kaliforniya ştatının Şasta dairəsində alov 500 yaşayış evini məhv edib, 75 evə ziyan vurub. Ümumilikdə yanğın 19,5 min hektar sahəni əhatə edib, ətraf ərazilərdən 38 min insan təxliyə olunub.

Təbii fəlakətlə əlaqədar ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında fövqəladə vəziyyət elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.