Bakıda modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə olub? – İDDİA

Bu gün sosial şəbəkələrdə modul tipli xəstəxanalarda kütləvi zəhərlənmənin baş verdiyi ilə bağlı iddialar paylaşılıb.

İddiaya görə, zəhərlənmə Abşeronda və Sarayda yerləşən modul tipli xəstəxanalarda qeydə alınıb. İlkin ehtimala görə, zəhərlənmə qidalarla əlaqəli olub. Zərərçəkənlərin isə modul tipli xəstəxanalarda çalışan işçilər və müalicə alan xəstələr olduğu deyilir.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

TƏBİB-in mətbuat katibi Elnarə Baxışova Oxu.Az-a açıqlamasında sözügedən iddialarla bağlı araşdırma aparılacağını bildirib.