Gündəm 

Məşhur fotoqraf: “Ümid edirəm ki, bundan sonra Azərbaycanda sevinc və rahatlıq görəcəyəm” – FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati Vətən müharibəsi ilə bağlı yeni foto paylaşıb.

O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Azərbaycan, Lerik, Bülüdül. İllər ərzində mən Azərbaycan xalqının içindəki ağrının, kədərin və qəmin şahidi olmuşam. Ümid edirəm ki, bundan sonra daha çox xoşbəxtlik, sevinc və rahatlıq görəcəyəm. Digər xalqların insanları kimi azərbaycanlılar da sülh və ləyaqətlə yaşamaq hüququna malikdirlər”, – deyə o qeyd edib.

Daha çox xəbərlər