İstirahət günləri dəniz 2 can aldı

İstirahət günləri dənizdə 2 bədbəxt hadisə qeydə alınıb.

ARANTV.AZ-ın məlumatına görə, 1993-cü il təvəllüdlü Ceyhun Musa oğlu İsrafilov Nardaranda çimərlikdə çimərkən boğulub.

Gəncin meyiti xilasedicilər vasitəsilə dənizdən çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalara başlanılıb. Digər bədbəxt hadisə isə Xəzər rayonunda qeydə alınıb. Şüvəlan çimərliyində dincələn Əlisahib Əliyev dənizdə çimərkən boğulub.

Bu faktla bağlıda Xəzər rayon prokurorluğunda araşdırmalara başlanılıb.

ölkə.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.