Şou biznes 

Aygün Kazımova yeni görüntüsü ilə hər kəsi şoka saldı -FOTOLAR

Xalq artistinin 25 yaşlı qıza oxşayan yeni görkəmi heyrət doğurub.ARANTV.AZ-ın məlumatına görə, David Vandetta ilə səhnəyə çıxacaq ifaçı həmin konsertləri üçün uzun müddətdir ciddi hazırlaşır. Hər gün məşq edib, idmanla məşğul olan müğənni gecə üçün maraqlı şoular hazırlayıb. Kazımova arıqlamaq üçün əlindən gələni edir. Aygünün yeni fotoları “İnstagram” səhifəsində paylaşıb. Onun bu şəkilləri izləyicilərini tərəfindən maraqla qarşılanıb. Belə ki, fotolardan bəllidir ki, müğənni yenə də xeyli çəki atıb. O, modelyeri Rüfət İsmayılın ona qoyduğu şərtə əməl etmək üçün 36 bədən ölçüsünə çatmağa çalışıb və buna nail də olub. Belə ki, modelyer konsert üçün Kazımovaya libaslar hazırlayıb. Rüfət ifaçıya şərt qoyub ki, paltarları geyinmək üçün arıqlamalıdır. Qeyd edək ki, xalq artisti Aygün Kazımova dekabrın 1-də və 2-də konsert verəcək.

Daha çox xəbərlər