Dünya 

Slovakiyanın xarici işlər naziri istefa verdi

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak istefa verib.

ARANTV.AZ oxu.az-a istinadən bildirir ki, nazir bu addımı ölkə parlamentinin BMT-nin miqrasiyaya dair müqaviləsinə qoşulmadığı üçün atıb.

Bir müddət əvvəl Mirslav Layçak Slovakiyanın bu müqaviləyə qoşulmayacağı təqdirdə istefa verəcəyini bəyan etmişdi.

Ölkə parlamentinin 150 deputatından 90-ı sənədin əleyhinə səs verib.

Qeyd edək ki, ABŞ, Macarıstan və Avstriya da BMT “Ümuьdünya miqrasiyanı tənzimləmə paktı”na qoşulmayacağını bəyan edib.

Daha çox xəbərlər