Bakı-Quba yolunda DƏHŞƏTLİ HADİSƏ – Qadının meyiti yolun ortasında qaldı
Bakı-Quba-Rusiya sərhədi magistral yolunda ağır qəza baş verib.
ARANTV.AZ xəbər verir ki, magistralın 86-cı kilometrliyində – Siyəzən rayonu ərazisində “Opel” markalı minik avtomobili yolu keçməyə çalışan qadını vurub. Avtomobilin zərbəsi nəticəsində xeyli kənara düşən 40-45 yaşlı qadın yolun ortasındaca keçinib. Ölən qadının kimliyini dəqiqləşdirmək hələlik mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
publika.az

