Dünya 

Türkiyədən ACI XƏBƏR GƏLDİ – ŞƏHİDLƏR VAR

Türkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda baş verən uçqun hadisəsi zamanı 2 əsgər şəhid olub.

ARANTV.AZ xəbər verir ki, onların nəşi Hakkari, Van və Ərzurum Jandarm axtarış-xilasetmə komandaları və Sərhəd Qoşunları tərəfindən aşkarlanıb.

Axtarışlara pilotsuz uçuş aparatları və detektiv itlər də cəlb olunub.

Qeyd edək ki, rayondakı 3 bölgədə qar yağışından bağlanan yolları təmizləmək üçün aparılan işlər zamanı qar uçqunu baş vermiş, əsgərlər qar altında qalmışdı.

Daha çox xəbərlər