Bərdədə-maşın qoyun sürüsünü vurdu: 15 baş heyvan tələf oldu – FOTO
Bərdə rayonunda avtomobil qəflətən yolun hərəkət hissəsinə çıxan qoyun sürüsünü vurub.
ARANTV.AZ xəbər verir ki, hadisə Bərdə rayonunun Lək kəndi ərazisində qeydə alınıb.
Hadisəni rayon sakini Faxı Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə törədib. Nəticədə 15 baş heyvan tələf olub.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.
report



