Hadisə 

Şahbaz Quliyevin anası VƏFAT ETDİ – FOTO

Bu yaxınlarda Ermənistanın girovluğundan azad edilən əslən kəlbəcərli Şahbaz Quliyevinm anası Sənəm Quliyeva bu gün vəfat edib.

Bu barədə Modern.az-a keçmiş girovun dostları məlumat veriblər.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər. Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılıblar.

Allah rəhmət eləsin…

Şahbaz Quliyevin anası VƏFAT ETDİ - FOTO

Daha çox xəbərlər