Sosial 

Azərbaycanda idman zalları nə zaman açılır? – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə idman zalları bağlıdır. Son günlər gündəlik koronavirusa yoluxanların sayında kəskin azalma müşahidə olnur. Belə ki, artıq gündəlik yoluxanların sayı 4000-dən 200-ə düşüb. Qeyd edək ki, yanvarın 18-də ölkə ərazisində koronavirus əlehinə vaksinnasiya başlayıb. Bu gün hər kəsi maraqlandıran sual növbəti yumşalmalarda idman zalları açıla bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran dosent Ədalət Rüstəm bildirib ki, yaxın günlərdə idman zallarının açılması gözlənilir:

“Gündəlik yoluxma sayı azaldıqca Operativ Qərargah tərəfindən karantin rejimində müəyyən yumşalmalara gedilir. Dekabrın 14-dən sərt karantin rejiminə görə qapadılan müəssisələr yenidən fəaliyyət göstərəcək. Düşünürəm ki, növbəti yumşalmada idman zallarının da fəaliyyətinə icazə veriləcək. Hesab edirəm ki, yoluxma sayı azaldıqca Operativ Qərargah mövcud vəziyyəti analiz edərək yumşalmalara gedəcək. Bilirsiniz ki, yanvarın 18-dən ölkə ərazisində koronavirus əleyhinə peyvəndlənmə də başlayıb.

Vaksinasiyanın da pandemiyaya müsbət nəticəsi olacaq. Önəmli məsələlərdən biri yumşalmalardan sonra insanlarımızın karantin qaydalarına əməl etməsidir. Əgər insanlarımızda digər yumşalmalarda olduğu kimi arxayınlıq yaranarsa yoluxmaların sayı yenidən arta bilər. Ona görə də insanlarımızın yumşalmalardan sonra da məsuliyyətli olmaqları vacibdir”.

Daha çox xəbərlər