Hadisə 

Bakıda xəstəxanada qadın özünü üçüncü mərtəbədən atıb

Bakıda xəstəxanada müalicə alan qadın intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Xətai rayon ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin eyvanından atıb. Qadının vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər