Gündəm 

Çörəyin satışı daha bir il vergidən azad edilir

Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliklə vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Habelə, kəpəyin istehsalı və satışına tətbiq edilən azadolmanın 2021-ci ilin mart ayının 1-də bitdiyini və heyvandarlıq və quşçuluq sənayesinin inkişaf etdirilməsi nəzərə alınaraq həmin azadolmanın müddətinin daha 1 il müddətinə uzadılması təklif olunur.

Daha çox xəbərlər