Bu ərazilər vətəndaşlar üçün daha əlçatan olacaq – Nazirlik
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət əraziləri vətəndaşlar üçün daha əlçatan olacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.
Onun sözlərinə görə, bununla bağlı layihələr hazırlanır və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək: “Xüsusi tərzdə yaradılacaq xüsusi mühafizə olunan təbiət əraziləri sizi gözləyəcək”.

