Anar Cəbrayıllı: “İşğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı layihəmiz yoxdur”
“Hələ ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı hər hansı bir layihəmiz yoxdur”.
ARANTV.AZ-ın verdiyi məlumata görə, bu sözləri “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı jurnalistin həmin ərazilərdən Bakıya su çəkilişinin nəzərədə tutulub-tutulmaması ilə bağlı sualını cavablandırarkən deyib.
O bildirib ki, həmin mənbələrdən istifadə ilə bağlı gələcəkdə hər hansı layihələr olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək:
“Bakı şəhərinə işğaldan azad olunan ərazilərimizdəki çaylardan, yeraltı sulardan və digər mənbələrdən gələcəkdə suyun çəkilməsi ilə bağlı layihəyə baxılacaq. Bu mövzu hələ ki, gündəmdə deyil”.

