Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Müharibə iştirakçısı danışır: “Sanki terrorçularla döyüşürdük” – FOTO

By Vüsal Rafiqoğlu
01.02.2021 4 Min Read

“Ermənilər Qubadlıdan geri çəkilərkən körpünü dağıdıb avtomobilin keçmə ehtimalı olan yerlərdə çayın içində minalar basdırmışdılar. Lakin komandirlərimizin ayıq-sayıqlığı nəticəsində onlar aşkarlandı və zərərsizləşdirildi”.

Bunu Trend-ə müsahibəsində Vətən müharibəsi iştirakçısı Mənsimov Seymur Əli oğlu  deyib.

O, bank mütəxəssisidir, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib və İkinci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Rütbəsi əsgər olsa da üzərində çox məsuliyyətli bir vəzifə daşıyıb – Artilleriya batareyasında topçu – baş tuşlayıcı olub. Düşmənin bir hərbi hissəsinin və onlarla hərbi obyektinin darmadağın edilməsində birbaşa iştirak edib.

Tərtər rayonunun Dəmirçilər kəndindən olan 1989-cu il təvəllüdlü Seymur Mənsimov müharibədə göstərdiyi şücaətə görə, Prezident İlham Əliyev tərəfindən Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsinə görə medalları ilə təltif edilib.

“Bizim qrupda hər kəs səfərbərliklə gələnlər idi. Komandir heyəti düşünürdü ki, biz zəifik. Amma Cəbrayılda erməni minaatanlarını məhv edəndən sonra adımız çıxdı. Orada da elə idi ki, biz onları vura bilməsəydik, onlar bizi vuracaqdılar. Bundan sonra gördülər ki, döyüşə bilirik və bizi qabağa buraxdılar”, – deyən Seymur məhz bundan sonra uzaq atışlara başladıqlarını bildirdi:

“Düşmənin Qubadlıdakı mövqelərini vurğmağa başladıq. Koordinatlar bizə dəqiq gəldiyi üçün biz də hədəfi dəqiqliklə vururduq. Cəbrayıldan çıxanda isə sözün əsl mənasında bəxtimiz gətirdi. Əgər ciddi nizam-intizam olmasaydı, çoxdan ölmüşdük. Oradan çıxandan bir neçə dəqiqə sonra durduğumuz mövqeni raketlə vurdular. Divizion komandirimiz mərd və cəsarətli adam idi. Daim arxamızda dururdu, bizi müdafiə edirdi. Bəlkə də biz çox yerdə onun sayəsində sağ qaldıq. Çox vətənpərvər idi. Qarşımızda elə bir çıxış edirdi ki, istəyirdik silah-sursatı atıb, əlbəyaxa erməniləri məhv edək”.

Seymur söhbət əsnasında daha bir maraqlı məqama da toxundu. Dedi ki, ermənilərin ən yaxşı döyüşçüləri minaatanlar idi. Çünki PKK terrorçuları ilə o qədər təlim keçiblər ki, minaatanlardan yaxşı istifadə edirdilər: “Konkret, elə bilirdik ki, terrorçularla döyüşürük. Bununla belə, onlar ağır artilleriya ilə dəqiq nişan ala bilmirdilər. Bizim əsas itkilərimiz də elə onların minaatanlarının hesabına oldu. Bizdə idarəetmə yüksək səviyyədə idi. Bütün bölmələr bir-birinə qarşılıqlı dəstək verirdi. Məsələn, ermənilər düz vura bilməsələr də biz duran tərəfə atırdılar. Bu zaman bizim istiqamətdən “Qrad”lar onları susdururdu. Qubadlıya gedəndə yolumuzun üstündəki çayın içərisinə mina döşəmişdilər. Körpü dağılmışdı. Amma öncədən müəyyən edilərək təmizləndi. Orada durmadan atəşə tuturdular bizi. Dağın, daşın dalında gizlənərək mövqe tutduq. Ondan sonra şiddətli döyüşlər başladı. Və düşmənin bütün atəş mövqelərini darmadağın etdik”.

Müharibə iştirakçısı, həmçinin qeyd etdi ki, müharibədəki ab-havaya görən əsgərlərdə qorxu hissi yox idi : “Mən döyüş şəraitində bir dənə də olsun qorxan hərbçimizi görmədim. Əksinə, komandirimiz, baş leytenant Cabbarov Fərəc, döyüş yoldaşlarım İsmayılov Araz, Bayramov Həmid, Osmanlı Hümmət, Babayev Atababa, Zeynalov Elçin və digərlərinin timsalında hər kəsin necə qorxmaz və igid olduğunu gördüm…

Muharibədə bütün hisləri unudursan, emosiya olmur. Tək bir dəfə – Qubadlıya daxil olanda komandirimiz telefonunda azan səsi qoydu. Sədası səsgücləndirici ilə bütün ətrafa yayıldı, bax o an hamımızın gözü yaşardı, ağladıq, emosiyalarımızı boğa bilmədik”.

“Ermənilər qızıl tapmaq və mərmər daşları götürmək üçün Azərbaycan qəbirlərini qazıb çıxarmışdılar. Bir qəbiristanlığı isə kürüyüb yerində məktəb tikmişdilər. Biz həmin məktəbin zirzəmisindən bir lövhə tapdıq. Üzərində “Azərbaycan SSRİ” yazılmışdı. Həmin lövhəni götürüb məktəbin qabağından asdıq” – dedi Seymur Mənsimov.

Seymur onu da dedi ki, irəlilədikcə ermənilərin atıb qaçdığı sursatları götürürdülər. Rusun ermənilərə verdiyi mərmilər çox keyfiyyətsiz, əzik-üzük və paslı idi, yivi bağlanmırdı. Ona görə atanda çoxu partlamırdı…

O, qələbə günündən əvvəl 3 gün gecə-gündüz şiddətli döyüşlər getdiyini bildirdi: “Hamımız yorğun idik. 3-5 dəqiqə yatmağı qənimət bilirdik. Ayaq üstdə güclə dururduq. Bilirsən necədi, 3 gün gecə-gündüz döyüş, yorğunluq bilmirsən, yuxu da, yemək də yada düşmür, bir qədər susuzlayırsan. O ki arada fasilə olur, yemək yeyirsən və ya siqaret çəkirsən, bax o vaxt adama elə bir yorğunluq gəlir ki… Deyirsən, başıma güllə dirəsələr də qolun qalxmaz. Amma komanda gəlir – “Batareya, diqqət”, “Divizion, diqqət” – hər şeyi unudursan, elə bil, fövqəl bir güc gəlir adama. Qələbə günü biz tərəfdə sakitlik idi, bir də gördüm atışma düşdü. Dedim yəqin diversiya gəlib, çünki topda avtomat atışması yoxdu. Ona görə dərhal düşünürsən ki, diversiya gəlib. Sən demə, Qələbə xəbərinə görə hamı havaya güllə atırmış… Atəşkəsdən sonra hər hansı bir təxribat olmasa da döyüşə tam hazır vəziyyətdə idik. Tərxis olunan bir günə qədər bir an belə arxayınlaşmadıq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tütün məhsulları aksizli malların siyahısına daxil edilir

Next

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda parkın açılışında – FOTO

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv