Brüssel metrosunda sərnişinlərə silahlı hücum: 5 nəfər yaralandı
Brüsselin Molenbek kommunasında yerləşən “Zapadnı Vokzal” metro stansiyasında sərnişinlərə bıçaqla hücum edilib.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Cinayətkarın polis tərəfindən zərərsizləşdirildiyi bildirilib.
Hadisənin motivləri araşdırıldıqdan sonra yerli polis baş verənlərin terrorla əlaqəli olmadığını bildirib.

