Cəbhədən Xəbər 

Daha 9 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 9 erməni hərbçinin meyiti tapılıb.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, cəsədlər Füzulidə aşkarlanıb. Onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin edilib.

Hazırda axtarış işləri Hadrut ərazisində aparılır.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 354-ə yüksəlib.

Daha çox xəbərlər