Hadisə 

Biləsuvarda yanğın olub

Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan 250 kiloqram arpanın 150 kiloqramı yanıb. Yem məhsulunun qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər