İdman 

ÇL-da vurduğu qolla futbol tariximizə düşən oyunçu üç həftə meydanlardan kənarda qalacaq – FOTO

“Qarabağ”ın keçmiş futbolçusu, hazırda karyerasını Türkiyənin “Kayserispor” klubunda davam etdirən Pedro Enrike zədə səbəbi ilə üç həftə meydana çıxa bilməyəcək.

Bu barədə “Hürriyet” yazıb.

P.Enrike ötən gün komandasının “Alanyaspor”la qarşılaşdığı oyunun 42-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. Sol ayağının bilək nahiyəsindən zədələnən braziliyalı üç həftə müddətinə sıradan çıxıb.

Qeyd edək ki, Pedro Enrike Azərbaycanın klub futbolu tarixində Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində vurulan ilk qolun müəllifi olub. Bakıda “Roma”ya 1:2 hesabı ilə uduzan “Qarabağ”ın heyətində Pedro Enrike 28-ci dəqiqədə fərqlənib.

Daha çox xəbərlər