Dünya 

ABŞ-da təyyarə futbol meydançasına düşdü: ölənlər var – VİDEO

ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə Atlanta parkındakı futbol meydançasına düşüb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə olan dörd nəfər ölüb.

Təyyarənin Atlantadan Memfisə doğru uçduğu bildirilir. Xilasedicilər təyyarənin stadiona eniş edən zaman sürüşdüyünü və qəzaya uğradığını bildiriblər.

Ölənlərdən biri çinli Ven Çendir. O, 69 gün ərzində təkmotorlu təyyarədə bütün dünyanı dövrə vurub. Bundan başqa, Çen “Sunshine Enterprise” şirkətinin təsisçisi və baş direktorudur.

Embedded video

Ashley Homrich@AshleyWSBTV

@Atlanta_Police are responding to a plane crash on Bolton Road. A viewer just shared this video of the scene. https://2wsb.tv/2Bvn0zM 

17 people are talking about this

Ölən digər üç nəfərin şəxsiyyəti məlum deyil, ilkin ehtimallara görə, onlar “Sunshine Enterprise, Inc” şirkətinin əməkdaşlarıdır.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Daha çox xəbərlər