Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Aşıq Qərib küçəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Həsən Sərxan oğlu qonşusu ilə əlbəyaxa dava zamanı qonşusu tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
