Bakıda maşın parka girərək aşdı
Bakı şəhəri Yasamal rayonu ərazisində səhər saatlarında yol qəzası baş verib.
ARANTV.AZ baku.ws-ə istinadən bildirir ki, hadisə “Statistika dairəsi” adlanan ərazinin yaxınlığında baş verib.
BMW markalı avtomobil sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə, maşın yaxınlıqda yerləşən “Müşfiq parkı”na girərək aşıb.

