Ərdoğandan Ruhaniyə maraqlı hədiyyə – FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclası çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, görüş zamanı liderlər regional və beynəlxalq problemləri, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdən sonra Ərdoğan Ruhaniyə qızılgül ağacından rəhil və “Qurani-Kərim” hədiyyə edib.


