Gündəm 

SOCAR əməkdaşları qanvermə aksiyasına qoşulub – FOTO

SOCAR əməkdaşları qanvermə aksiyasına qoşulub.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat verib.

Qeyd edilib ki, SOCAR uzun illərdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Talassemiyasız Həyat Naminə təşəbbüsünə qoşulub.

2020-ci il pandemiya ili olmasına baxmayaraq, 2 mindən çox SOCAR əməkdaşı qanvermə aksiyasına qoşularaq donor olub.

“Bütün cəmiyyətimizi bu xeyirxah təşəbbüsə qoşulmağa dəvət edirik” – deyə, məlumatda bildirilib.

Daha çox xəbərlər