Elvin Hüseynov: İnanırıq və ümid edirik ki, qazilərimiz müalicə alaraq tez bir zamanda ayağa qalxacaqlar
Yaralılarımızın daha sürətli və keyfiyyətli reabitasiya olunması üçün “RGO” ortopedik cihazlarına ehtiyac duyulub. Onlardan biri daha öncə sifariş olunaraq ölkəyə gətirilmişdi. Bu gün isə atrıq 5 cihaz gətirilərək qazilərimizin istifadəsinə verilib.”
ARANTV.AZ xəbər verir ki, bu fikirləri bu gün Səhiyyə Nazirliyinin Buzovna qəsəbəsində yerləşən Reabitasiya Mərkəzində Vətən Müharibəsində yaralanan qazilərin istifadəsinə verilməsi mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bildirib.
“YAŞAT” Fondunun rəhbəri vurğulayıb ki, inanırıq və ümid edirik ki, qazilərimiz müalicə alaraq tez bir zamanda ayağa qalxacaqlar: “Həkimlərin verdiyi məlumata görə, bu cihazlar yataq xəstəsi olan və ömürlük əlil arabasına möhtac olan qaziləri ayağa qaldırmaq üçün kömək edir, onların hərəkət qabiliyyətini bərpa etmək üçün gətirilib.”
E.Hüseynov qeyd edib ki, həkimlərlə daimi olaraq əlaqədəyik: “Həkimlər tərəfindən qazilərimizə hansı cihazın lazım olması ehtiyac duyulursa bizə məlumat verilir, tərəfimizdən o cihazlar sifariş verilib gətirilir.”

