Sosial 

Döyüşdən qayıdan dostunu qarşılayarkən GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİ – VİDEO

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgərlərimiz haqqında sosial şəbəkələrdə yayılan bir çox videolar görənləri kövrəldir.

ARANTV.AZ  xəbər verir ki, həmin kadrlardan birində Astara sakini Eldəniz Məmmədovun döyüşdən qayıdan dostu Rövşən Məhərrəmzadəni qarşılayarkən göz yaşlarını saxlaya bilmədiyi əks olunub.

Qeyd edək ki, döyüşdən qayıdan dostunun çiyinlərindəki oğlan uşağı Vətən müharibəsində şəhid olan digər dostunun oğludur.

 

Daha çox xəbərlər