Novxanıda 20 yaşlı gənc özünü asıb
Abşeron rayonunda intihar hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Əliyev Şamil Fikrət oğlu yaşadığı evdə ozünü asıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri gəncin öldüyünü təsdiq ediblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.“Report”

