“Müharibə dövründə düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edib” – General-mayor Ağamir Sultanov
Vətən müharibəsində təkcə artilleriya qoşunları tərəfindən düşmənin 380-dən çox artilleriya vasitəsi məhv edilib.
ARANTV.AZ bildirir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun müasir, universal radiolokasiya komplekslərin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib.

