“Müharibənin ilk günü düşmənin 500-ə qədər hədəfləri məhv edilib” – General-mayor
Döyüşün ilk günü artilleriya bölməri tərəfindən düşmənin 500-qədər hədəfləri məhv edilib.
ARANTV.AZ bildirir ki, Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib.
Onun sözlərinə görə, müasir, universal radiolokasiya komplekslərin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susudurlub, məhv edilib və yerdəyişməyə məcbur edilib. Yerdəyişməyə məcbur edilən düşmənin artilleriya vasitələri PUA-lar tərəfindən asanlıqla aşkar olunaraq məhv edilib.

