Sosial 

Azərbaycanda koronavirusun 3-cü dalğası mayda başlaya bilər? – AÇIQLAMA

Bu gün yoluxanların sayında azalma dinamikası davam etsə də yaz-yay aylarında koronavirusun 3-cü dalğasının başlaması ilə bağlı iddialar səsləndirilir. Azərbaycanda may ayında koronavirusun 3-cü dalğası başlaya bilərmi?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır:

“Çünki günbəgün yoluxanların sayında azalmalar davam edir. Bundan əlavə yanvarın 18-dən ölkəmizdə vaksinasiyaya başlanılıb. Əlbəttə vaksinasiyanın da müsbət nəticəsi olacaq. Vaksinasiyadan əlavə insanlarımız da əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur. Əgər bugünkü kimi insanlarımız karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı yoxdur. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək. Əksnə düşünürəm ki, azalma dinamikası davam edərsə, karantin rejimində yumşalmalar davam edəcək”.

Daha çox xəbərlər