Ermənilər Xudavəng monastrına buraxılmadı
Azərbaycan hərbçiləri əvvəlcədən razılaşdırılmadığı üçün erməniləri Xudavəng monastrına buraxmayıb.
ARANTV.AZ xəbər verir ki, fevralın 7-də bir qrup erməni rus sülhməramlılarının müşayiəti ilə Xudavəng monastırına gəlib, lakin Azərbaycan hərbçiləri onları dini abidənin ərazisinə buraxmayıb. Buna səbəb kimi səfərin onlarla razılaşdırılmadığı göstərilib.
Qeyd edək ki, Xudavəng monastrı işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində yerləşir.”İki sahil”

