Sosial 

Nazirlik rəsmisi: “Kürdə suyun azalması fəsadlara səbəb olub”

“Geridə qoyduğumuz il Kür çayının sululuğu ilə bağlı çətin dövr yaşanıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında ETSN-nin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

Onun sözlərinə görə, Kür çayında suyun səviyyəsinin azalması müəyyən fəsadlara səbəb olub:

“Tədbirlər nəticəsində əhali çox çətinlik yaşamayıb. Yaz aylarına doğru çayda sululuğun artması gözlənilir”.

O qeyd edib ki, Mingəçevirdə Kür çayının səviyyəsi 2019-cu illə müqayisədə ötən il 1 metr 16 sm yüksək olub:

“Bu da təxminən 5 milyon kubmetrə yaxın su deməkdir”.

Daha çox xəbərlər