Hadisə 

Sumqayıtda yeniyetmə oğurluq etdi

Sumqayıtda oğurluq edən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də şəhər ərazisindəki mağazaların birindən 1 174 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan yeniyetmə saxlanılıb.

Faktla bağlı müvafiq istintaq tədbirləri davam etdirilir.

Daha çox xəbərlər