Hadisə 

Göyçay sakinindən tüfəng götürülüb

Göyçay sakinindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində İncə kənd sakini Ə.Rüstəmovdan müvafiq sənədləri olmayan “TOZ-61” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı müvafiq istintaq tədbirləri davam etdirilir.

Daha çox xəbərlər