Daha bir qazimiz EVLƏNDİ – VİDEO
Qazimiz Tural Nərimanov nişanlısı ilə ailə həyatı qurub.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, qazi öz “İnstagram” səhifəsində “Şəhid qaldırdığım əlləri toyumda qaldırıb oynaya bilməzdim” deyərək toysuz evləndiklərini açıqlayıb. Onların bu addımı bir çox insanlar tərəfindən alqışla layiq qarşılanıb.
Cütlüyümüzə xoşbəxtlik arzu edirik!

