Azərbaycanda restoranın həyətində qadın meyiti tapıldı
Qəbələ şəhəri ərazisində tikintisi başa çatmamış restoranın həyətindəki köşkdə 50 yaşlı Bənövşə Kamulovanın meyiti tapılıb.
ARANTV.AZ-ın məlumatına görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Qadının restoranın həyətindəki köşkdə yaşadığı bildirilir.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırmalar aparılır. //Report.az

