Özünü armud ağacından asdı, xilas edildi, sonra… – Azərbaycanda FİLM KİMİ HADİSƏ
Qusar rayonunda intihar hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, 61 yaşlı V.Bekerov yaşadığı evin həyətindəki tikilidə özünü asıb. Onun meyiti yaxınları tərəfindən evin giriş qapısından asılı vəziyyətdə tapılıb.
Bildirilir ki, V.Bekerov daha əvvəl də intihara cəhd edib. Səhhətində problemlər olan kişi daha əvvəl özünü yolun kənarındakı armud ağacından asıb. Həmin vaxt qonşuları V.Bekerov kəndiri kəsərək V.Bekerovu xilas ediblər. Bundan sonra 61 yaşlı kişi həmin armud ağacını kəsib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar aparılır.Publika.az

