Sosial 

Ana 25 ildən sonra tapılan qızının qarşısında DİZ ÇÖKDÜ – VİDEO

Atv-nin “Bizimləsən” layihəsində izləyiciləri kövrəldən hadisə baş verib.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, verilişə müraciət edən Mehriban adlı qadın 25 ildən sonra qızını tapa bilib.

Qadın canlı bağlantı ilə qızının üzünü illər sonra görə bilib və efirdə onun qarşısında diz çökərək “Başına dönüm, qarşında ölüm” deyib.

Qız efirdə anasına qarşı kininin olmadığını, onu bağışladığını bildirib. Həmçinin “Mən də sənin kimi çətinlik çəkdim, amma uşağımı atmadım. Sən bilirsən, sənsiz mənə nə qədər çətin olub? Məni heç vaxt düşünmədin” deyib.

 

Daha çox xəbərlər