Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Məsuliyyətimizi artıraq, qanunlara, qadağalara tabe olaq

By Vüsal Rafiqoğlu
10.02.2021 3 Min Read

İkinci Qarabağ müharibəsində düşməni məğlub edən ordumuzun  qələbəsinə sevinən dünya azərbaycanlıları,  müsəlman ölkələri, dost dövlətlər Azərbaycanla həmrəyliklərini bildirdilər. 30 ilə yaxın düşmən işğalında  qalan torpaqların azad olunması ilə doğma yurda qovuşmaq həsrətinə son qoyulması insanların əhval-ruhiyyəsini yüksəldib. İllərdən bəri böyüyüb, boya- başa çatdığı  ata-baba ocağını ziyarət etmək istəyənlərin tələskənliyi də anlaşılandır. Amma unutmaq olmaz ki, o torpaqlar illərdən bəri insan qanına susayan, ayaqları dəyən yerləri xarabazara çevirən erməni faşistlərinin, vəhşilərin nəzarəti altında qalıb. Bu baxımdan  vətəndaşlar  özlərinin, başqalarının həyatını qorumaq üçün  daha məsuliyyətli olmalı, qadağan olunan ərazilərə gediş-gəlişlə bağlı  xəbərdarlıqlara əməl etməlidirlər. Son günlərdə minadan təmizlənməmiş ərazilərə icazəsiz gedişlər zamanı baş verən bədbəxt  hadisələr üzücü olmaqla, daha ehtiyatlı olmağı tələb edir.

İşğaldan azad olunmuş rayonlara səfərləri zamanı bu amili diqqətə çatdıran Prezident İlham Əliyev  Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovu videoformatda qəbul edərkən işğaldan azad olunmuş ərazilərə icazəsiz səfərlər zamanı gözlənilən təhlükələrdən, risklərdən də söz açdı: «Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir.»

Dövlət başçımızın bu tövsiyələri insanların təhlükəsizliyinin qorunması, gözlənilən risklərin qarşısının alınması baxımından  əhəmiyyətli olmaqla insanları daha məsuliyyətli olmağa səsləyən çağırışdır.  İnfrastruktur layihələrinin  həyata keçirildiyi  ərazilərin  minalardan, partlamamış  hərbi sursatlardan təmizlənməsinə artırılan diqqət risklərin qarşısının alınmasına yönələr həyati məsələdir. Ərazilərin minalardan təmizlənməsi üçün təcrübəli mütəxəssislərin cəlb edilməsində, dünyanın aparıcı şirkətlərinin istehsalı olan ən müasir texnikalardan istifadədə məqsəd baş verə biləcək qəzaların qarşısını vaxtında almaqdır.  Minalardan təmizləmə əməliyyatlarının  miqyasını genişləndirmək  üçün Prezident İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyində  əlavə istehkamçı taborlar yaradılır. Daim yanımızda olan qardaş Türkiyədən Azərbaycana gələn istehkamçıların, xüsusi təlim almış itlərin minatəmizləmə işlərinə cəlbi ilə  işlər daha da sürətlənir, peyk təsvirlərindən istifadə etməklə təhlükəli ərazilər müəyyənləşdirilir. Minatəmizləmə əməliyyatları üzrə milli standartlar hazırlamaqla əməliyyatların ardıcıllıqla davam etdirilməsi, prioritetlərin düzgün müəyyənləşdirilməsi, Operativ Qərargahın fəaliyyəti səmərə verəcək. Pilot layihə olan «ağıllı kənd»” konsepsiyasının tətbiqində də məqsəd insan həyatının qorunması üçün vacib amillərə xüsusi diqqətlə yanaşılmasıdır. «Biz bu torpaqlara qayıtmaq istəyirik və keçmiş köçkünlər, əlbəttə ki, bu arzularla 30 il yaşayıblar. Onların hisslərini başa düşmək olar. Amma, eyni zamanda, onların və onlarla birlikdə olanların təhlükəsizliyi birinci dərəcəli məsələdir» söyləyən Prezident İlham Əliyev  son günlərdə işğaldan azad olunmuş ərazilərə  icazəsiz səfərlər zamanı baş verən bəxbəxt hadisələr  zamanı həyatını itirənlər, xəsarət alanlar üçün narahatlığını da bildirir.

Bu sadalananlar dövlətin vətəndaşlara göstərdiyi  diqqətdir.  Amma çox təəssüf ki, bəzi insanlar həyatlarını təhlükəyə ataraq gizli yollarla, qanunsuz olaraq  minalardan təmizlənməmiş ərazilərə gedirlər.  Doğma torpaq həsrəti çəkən insanların səbrsizliyindən yaranan risklər təkcə bir nəfərin deyil, bütün ailənin, həlak olanların yaxınlarının qəmi, kədəridir. Məntiqi nəticə isə budur ki,  xatirələrinin ardınca gedən,  görmək istədiyi evini, keçirdiyi uşaqlıq,  gənclik illərinin sevincini yaşamaq istəyənlər məsuliyyətsizlikləri səbəbindən həyatlarını riskə atır, yaxın günlərdə  çatacaqları istəklərini əbədi itirirlər.  Yəni, olunan xəbərdarlıqlara, qoyulan qadağalara  əməl etməklə əvvəlkindən də gözəl evlərində yaşamaq qisməti insanın öz əlindədir. Necə deyərlər, cinayətdən sonra tövbənin xeyri yoxdur. Müdriklər də söyləyib ki, nə iş görürsənsə onu ehtiyatla gör.  Sivilizasiyanın bir əlaməti də  insanın düşünməyi, düzgün hərəkət etməyi bacarmasıdır. Hara getmək istəyənə həyat yol verir. Qanunlara tabe olaq ki, həyatımızın qiymətini də bilək. Gələcəkdə bizi gözləyən xoş günlərimizi  düşünülməmiş tələskənliyə  qurban verməyək. Ən başlıcası isə  özümüz ailəmiz, cəmiyyət qarşısında məsuliyyətimizi  artıraq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Erkən nikahlar cəmiyyətimiz üçün hansı fəsadlar törədir? ARAŞDIRMA

Next

AQTA-nın vəzifəli şəxsi rüşvətə görə həbs edildi

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv